AZ

Sabiq "İnter"li millinin tarixinə düşüb

Ötən gün Avstriya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində San Marino millisini qəbul edib.

Apasport.az xəbər verir ki, ev sahibləri rəqibini 10 cavabsız qolla məğlub edib - 10:0.

Görüşdə poker edən Marko Arnautoviç millinin tarixinə düşüb. O, yığma komandanın heyətində çıxış etdiyi 123 rəsmi matçda 45 qolla yadda qalıb. 36 yaşlı hücumçu bununla da Avstriya seçməsinin heyətində ən çox qol vuran oyunçu olub.

Qeyd edək ki, professional karyerasına "Tvente"də başlayan Arnautoviç sırasıyla "İnter", "Verder", "Stok Siti", "Vest Hem" kimi komandaların şərəfini qoruyub.

"Milan"ın futbolçusu İtaliyada ən yaxşı seçilib

Mbappe: "Azərbaycanla qarşılaşmada meydanda olmaq istəyirəm"

Bolqarıstan - Türkiyə matçının hakimi bəlli olub

La Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb

"Fənərbaxça"da ayrılıq

Seçilən
14
2
apasport.az

3Mənbələr