AZ

"İlk dəfədir ki, Konstitusiyanın yubiley medalı təsis olunur" - Əli Məsimli

"Konstitusiya və suverenlik ili çərçivəsində Milli Məclisin də üzərinə bir sıra vəzifələr düşürdü və Milli Məclis öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Xüsusi iclas, beynəlxalq konfrans, komitələrdə ictimai müzakirələr, dinləmələr formatında keçirilmişdir və cənab Prezidentin məlum sərəncamının bizə aid olan hissəsinin böyük bir hissəsi icra olunmaqdadır. Eyni zamanda, hörmətli sədr, sərəncamın səkkizinci bəndi də eyni zamanda birbaşa Milli Məclisə aiddir. Bu tövsiyədir - Konstitusiyanın 30 illiyi ilə bağlı yubiley medalının təsis olunması".

Redaktor.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin iclasında müzakirələr zamanı bildirdi.

O, qeyd etdi ki, Konstitusiyamızın əvvəllər 10 illik, 20 illik yubileyləri də keçirilib və ölkəmizdə çox mötəbər səviyyədə baş tutub:

"Amma ilk dəfədir ki, Konstitusiyanın 30 illiyində həm də yubiley medalı təsis olunur. Hesab edirəm ki, bu həm də rəmzi məna daşıyır. Çünkii yenə də Konstitusiyamızın preambulasında bəyan olunmuş xalqın ən vacib niyyəti, ərazi bütövlüyü və suverenliyi qurmaq, onu təmin etmək kimi niyyət məhz indi, 30 illik yubiley ərəfəsində təmin edilib. Bub çox qürurverici bir hadisədir və ona görə də yubiley medalının təsis olunması da təqdirəlayiq haldır.
Yubiley medalı bizim digər orden və medallarda formalaşmış ənənələrə tam uyğundur. Təltif edilən şəxslərin dairəsi birinci maddədə göstərilib. Konstitusiyanın hazırlanmasında, təkmilləşdirilməsində, qəbul edilməsində iştirak etmiş şəxslər, o cümlədən dövlət müstəqilliyinin möhkəmləndirilməsində, dövlət qarşısında xüsusi xidməti olmuş şəxslər nəzərdə tutulur. Medalın təsviri də ənənəvi olaraq Azərbaycan Dövlət Rəmzlərindən həm gerbin, həm bayrağın təsvirlərini özündə ehtiva edir. Bu baxımdan hesab edirəm ki, Milli Məclis belə bir yubiley medalını təsis etməklə Konstitusiya və suverenlik ilinə öz növbəti töhfəsini vermiş olacaqdır".

Aminə ŞAHSUVARQIZI

Seçilən
15
redaktor.az

1Mənbələr