AZ

Xanyurdu övladlarını qoynuna alır

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qarabağda Zəfər yürüşünün 5-ci ildönümünün 12-ci günündə Xocalı rayonunun Xanyurdu kəndi də köç sevinci yaşadı. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 69 nəfərdən ibarət 18 ailə ovaxtkı sakinlərin 33 il əvvəl ölüm sədlərini aşaraq tərk etdikləri Xanyurduya qayıtdı.

Qarşılanma mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri sakinləri doğma kəndlərinə dönmələri münasibətilə təbrik etdilər. Yeni tikilmiş fərdi yaşayış evlərinin açarları yurda qayıdan növbəti ailələrə təqdim olundu. Qeyd edildi ki, Xanyurduda sakinlər üçün müasir standartlara uyğun fərdi evlər inşa olunub, onların rahat yaşayışı üçün bütün lazımi tədbirlər görülüb, müasir infrastruktur yaradılıb.

Məcburi köçkünlük həyatı sona çatan sakinlər illərdən sonra doğma yurdlarına qovuşmağın sevincini “Xalq qəzeti”nin oxucuları ilə bölüşdülər, hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə dövlət başçısına, torpaqlarımızı işğaldan azad edən qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirdilər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad etdilər.

Xatırladaq ki, bu günədək Xocalı rayonunun Xanyurdu kəndinə 237 nəfərdən ibarət 69 ailə köçürülüb. Böyük Qayıdış prosesi mərhələli şəkildə davam etdirilir. Azad edilmiş torpaqlarda bərpa-quruculuq işləri gündən-günə genişlənir. Həyata keçirilən genişmiqyaslı layihələrin nəticəsi olaraq uzun illər Vətən həsrəti ilə yaşamış keçmiş məcburi köçkünləri daşıyan köç karvanları əzəli yurd yerlərinə istiqamət götürür, insanlar sevinc və qürur içində daimi yaşamaq üçün geriyə, doğma şəhər və kəndlərinə qayıdırlar.

Hər yeni köç isə yenidən qurulan, gündən-günə abadlaşan, gözəlləşən Qarabağın, Şərqi Zəngəzurun dərdlərinə məlhəm olur. Bu yerlərdə həyat yenidən canlanır, evlər insan nəfəsi ilə hərarətlənir.

Mahir RƏSULOĞLU,XQ-nin Qarabağ müxbiriXocalı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
xalqqazeti.az

2Mənbələr