AZ

Polşa XİN rəhbəri Ukraynada səfərdədir

Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukraynaya səfər edib.

APA xəbər verir ki, bu barədə Lvov Regional Dövlət Administrasiyasının rəhbəri Maksim Koziytski öz “Facebook” səhifəsində məlumat verib.

Koziytski bildirib ki, Sikorski 5 oktyabr gecəsi Lvov yaxınlığındakı Lapaevka kəndində Rusiya ordusunun zərbəsi nəticəsində dinc sakinlərin həlak olduğu yeri ziyarət edib.

Qeyd edək ki, hava zərbəsi nəticəsində 5 oktyabr gecəsi Lapaevka kəndində 15 yaşlı qız da daxil olmaqla dörd nəfərlik ailə həlak olub.

Seçilən
30
3
apa.az

4Mənbələr