AZ

Fransızlar Makronun “siyasi teatr”ından bezib

AzVision.az xəbər verir ki, İsveçrənin “Neue Zürcher Zeitung” qəzetində dərc olunan məqalədə belə mövqe sərgilənir.

Məterialda bildirilir ki, ən böyük təhlükə siyasi resursları tükənmiş, lakin hakimiyyətdən yapışmaqda davam edən siyasətçilərdən gəlir. Onların arasında isə Fransa prezidenti Emmanuel Makron da var.

Məqalə müəllifinin fikrincə, onun liderlik ambisiyaları artıq hiss olunan siyasi effekt vermir. Fransa liderinin özü getdikcə daha çox“dağılmaqda olan respublikanı qoruyub saxlamağa çalışan menecerə” bənzəyir.

“Makronun siyasi teatrı artıq qiymətli deyil: fransızların yalnız 17%-i hələ də ona inanır, 73%-i isə prezidentin istefasını istəyir. Hətta Makronudəstəkləməli siyasi müttəfiqləri də ondan uzaqlaşır. Fransanın keçmiş baş naziri Eduard Filipp dinc və ləyaqətli istefa tələb edir. Daha bir keçmiş baş nazir və Makronun “İntibah” partiyasının baş katibi Qabriel Attali mediaya açıqlamasında artıq prezidenti başa düşmədiyini deyir”,- qəzet yazır.

NYT:“Makron “axsaq ördəyə” çevrilir
Fransa bu gün ciddi daxili problemlərlə üz-üzədir -ölkənin dövlət borcu 3,3 trilyon avroya çatıb, parlament sistemi böhran içindədir.

Nəşr xatırladır ki, Makron sağçı “Milli Birlik” partiyasının yüksəlişini cilovlamaq vədi iləhakimiyyətə gəlib, lakin onun dövründə sağ populizm daha da güclənib və iqtisadi dirçəlişdən söhbət gedə bilməz.

- Makronun Fransanın daxili problemlərini həll etməyi bacaracağına inamı daha çox təkəbbür əlamətidir. Sosial gərginliyi azaltmaqdan uzaq olan Fransa lideri ölkəni daha da qütbləşdirir. Onun hakimiyyətdə qalması yalnız sağçı “Milli Birlik” partiyasının mövqeyini gücləndirir”,- məqalənin müəllifi vurğulayır.

Mövcud reallıqlar fonunda qəzet belə qənaətə gəlir ki, Makron etimadı itirib və əgər siyasi rəqibləri cilovlamaq üçün yeganə qiymət dövlətin effektiv fəaliyyət göstərə bilməməsidirsə, o zaman prezident istefa verməlidir.

Xatırladaq ki, bir neçə gün əvvəl “The New York Times (NYT)” nəşri Fransada yaşanan hökumət böhranının Emmanuel Makronu “axsaq ördəyə” çevirdiyini yazmışdı.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
3
1
azvision.az

2Mənbələr