AZ

İsrail ordusu Fələstin ərazilərini tərk edir

İsrail

Qəzzada atəşkəsdən sonra İsrail ordusu qismən geri çəkilməyə başlayıb.

Reyting.az
İsrail mətbuatına istinadla xəbər verir ki, ordu geri çəkilməyə başlasa da, Qəzzada tüstü qalxır.

İsrail hökuməti razılaşmanın ratifikasiyasından sonra 24 saat ərzində hücumların dayandırılacağını açıqlayıb.

ABŞ prezidenti Tramp Ağ evdə Finlandiya prezidenti Alexander Stubb ilə görüşü zamanı bildirib ki, Qəzzada atəşkəs prosesi yaxşı nəticə verəcək və bölgədəki bütün ölkələr bu planı dəstəkləyir.

Qəzzanın yenidən qurulması zamanı fələstinlilərin məcburi köçkün olunmayacağını təsdiq edib-etmədiyini soruşduqda Tramp deyib ki, heç kim zorla köçürülməyəcək: “Bizim belə bir planımız yoxdur. Bizim plan gözəldir, sülh planıdır və hər kəsin dəstəklədiyi bir plandır”.

Bu arada, HƏMAS rəsmisi Xəlil əl-Həyya Qəzzada atəşkəslə bağlı təəccüblü açıqlamalar verib:

“Bu gün biz müharibənin bitdiyini və daimi atəşkəsin başladığını elan edirik. Razılaşmaya Rəfah sərhəd-keçid məntəqəsinin ikitərəfli açılışı daxildir. Müharibənin bitdiyinə dair ABŞ və vasitəçilərdən təminat almışıq. İsraildə saxlanılan bütün qadın və uşaqlar sərbəst buraxılacaq”.

Qeyd edək ki, müqavilə müharibənin başa çatması, hərbi əməliyyatların dayandırılması, İsrail qüvvələrinin çıxarılması, girovların azad edilməsi və humanitar yardım axınının bərpasını nəzərdə tutur.

Razılaşmanın İsrail hökumətinin təsdiqindən dərhal sonra bütün hərbi əməliyyatlar, o cümlədən hava hücumları, artilleriya atəşi və hədəfi vurma əməliyyatları 72 saat ərzində tamamilə dayandırılacaq.

İsrail Müdafiə Qüvvələri (IDF) əlavə edilmiş xəritədə göstərilən sərhədlərə çəkiləcək. Geri çəkilmə hökumət tərəfindən təsdiqləndikdən sonra 24 saat ərzində tamamlanacaq. Nə qədər ki, HƏMAS razılaşmaya tam əməl edəcək, İsrail əsgərləri geri çəkildikləri ərazilərə qayıtmayacaqlar.

İsrail ordusu ərazini tərk etdikdən sonra humanitar yardımın çatdırılması dərhal başlayacaq. 19 yanvar 2025-ci il tarixli humanitar yardım sazişinə uyğun olaraq ərzaq, dərman və zəruri ləvazimatların tam axınına icazə veriləcək. Yardım axını müəyyən edilmiş beynəlxalq plan çərçivəsində həyata keçiriləcək.

Sazişin icrasına nəzarət etmək üçün ABŞ, Qətər, Misir, Türkiyə və tərəflərin təyin etdiyi digər ölkələrin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılacaq. Bu struktur icraya nəzarət edəcək və tərəflər arasında koordinasiya aparacaq.

V. QULİYEV
Seçilən
3
reyting.az

1Mənbələr