AZ

ABŞ İsrailə 200 əsgər göndərəcək

ABŞ-nin Qəzzada əldə olunan və qüvvəyə minməsi gözlənilən atəşkəs razılaşmasını izləmək məqsədilə İsrailə 200 əsgər göndərəcəyi iddia olunub.

"Cebheinfo.az" xəbər verir ki, məlumatı “Associated Press” yayıb.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) İsraildə “sivil-hərbi koordinasiya mərkəzi” quracağı bildirilib.

Rəsmilər bu strukturun humanitar yardımın axını ilə yanaşı, logistik və təhlükəsizlik dəstəyini asanlaşdıracağını qeyd ediblər.

Rəsmilər ABŞ-nin Qəzzada əldə olunan və qüvvəyə minməsi gözlənilən atəşkəs razılaşmasını dəstəkləmək və izləmək üçün, tərəfdaş ölkələr və vətəndaş cəmiyyəti təşkilatlarının da daxil olduğu bir qrup çərçivəsində təxminən 200 hərbçini İsrailə göndərəcəyini bildiriblər.

Onlardan biri yeni qrupun atəşkəs razılaşmasının icrasını və Qəzzada mülki hökumətə keçidi izləməyə kömək edəcəyini vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp, İsrail ilə HƏMAS arasında Qəzzada atəşkəs planının ilk mərhələsinin təsdiqləndiyini açıqlamışdı.

HƏMAS da Qəzza zolağında atəşkəs razılaşmasına varıldığını təsdiqləyərək, Türkiyə, Qətər və Misir ilə ABŞ Prezidenti Trampın səylərini yüksək qiymətləndirdiyini bildirmişdi.

İsrailin Baş naziri Benyamin Netanyahu isə Misirdə keçirilən görüşlərdə Qəzzada atəşkəs razılaşmasından sonra Nazirlər Kabinetini toplayaraq israilli əsirlərin geri qaytarılması üçün razılaşmanı təsdiqləyəcəklərini açıqlamışdı.

Seçilən
10
cebheinfo.az

1Mənbələr