AZ

FBI “Antifa”nın maliyyə kanallarını izləyəcək: ABŞ onu beynəlxalq cinayətkar təşkilat adlandırdı - ÖZƏL

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Keş Patel "Antifa" hərəkatını təşkilatlanmış beynəlxalq cinayətkar şəbəkə kimi xarakterizə edib və onun bütün maliyyə kanallarının izləniləcəyini bildirib. Olaylar.az xəbər verir ki,  "Onlar sistemli şəkildə təşkil olunmuş beynəlxalq cinayətkar təşkilatdır. FBI bu hərəkatın maliyyələşmə mənbələrini izləyəcək və küçələrimizdə törədilən zorakı hərəkətlərə maliyyə dəstəyi verən hər bir şəxsi müəyyən edəcək," - Patel Ağ Evin rəsmi "X" (keçmiş Twitter) hesabında yayımlanan videomüraciətində deyib. Videomüraciətdə ABŞ-ın ədliyyə naziri və baş prokuroru Pem Bandi də "Antifa" tərəfdarlarını jurnalistlərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıqda ittiham edib.
"chr("39")Antifachr("39") jurnalistləri döyür, polis şöbələrinə hücum edir, məhkəmə binalarına zərbə endirir və hüquq-mühafizə orqanlarının əməkdaşlarının şəxsi məlumatlarını yayımlayır. Bəsdir. Bu, terrorçu qrupdur və biz onların izinə düşmüşük," - Bandi bildirib.
Daxili Təhlükəsizlik naziri Kresti Noem isə "Antifa"nı "çoxşaxəli bir şəbəkə" adlandıraraq, hökumətin bu təsirdən xilas olmağa qərarlı olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl "Antifa"nın beynəlxalq terror təşkilatları siyahısına daxil ediləcəyini açıqlamışdı. Sentyabrın 22-də o, hərəkatı "daxili terrorçu təşkilat" kimi tanıyan sərəncam imzalayıb, 25 sentyabrda isə ölkədə siyasi zorakılıq və daxili terrorizmə qarşı mübarizə ilə bağlı memorandum təsdiqləyib. Bununla belə, "Antifa" hərəkatı ABŞ-da və dünyada vahid, mərkəzləşdirilmiş təşkilat deyil - bu ad, müxtəlif anti-faşist qruplarının ümumi şəkildə adlandırılması üçün istifadə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr