Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarının azad edilmiş ərazilərə səfəri başlayıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, 9-11 oktyabr tarixlərini əhatə edən konfrans çərçivəsində bu gün qonaqların Ağdərə rayonunun Ballıqaya kəndində olacaqlar. Daha sonra onlar Şuşa şəhərinə səfər edəcəklər.
Sabah isə tədbir iştirakçıları Cəbrayıl və Zəngilanda olacaqlar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.