AZ

Ramil Həsən deputat mandatından imtina etdi - Səbəb

Milli Məclisin deputatı Ramil Həsən deputatlıq fəaliyyətini dayandırdığını açıqlayıb. 

News24.az xəbər verirmki, o, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Ramil Həsən bildirib ki, o, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi vəzifəsinə təyin edilib və bu səbəbdən deputat səlahiyyətlərinə xitam verilir.

“Milli Məclisdə fəaliyyət göstərdiyim dövr ərzində dövlətçiliyimizə, milli maraqlarımıza və seçicilərimə xidmət etmək mənim üçün böyük şərəf olub. Yeni vəzifəmdə də Azərbaycanı layiqincə təmsil etməyə çalışacağam,” – deyə Ramil Həsən vurğulayıb.

Qeyd edək ki, Ramil Həsən 2020-ci ildə keçirilən parlament seçkilərində deputat mandatı qazanmışdı.



Seçilən
78
5
news24.az

6Mənbələr