AZ

Hikmət Babaoğlu: “Qəbələ zirvəsi türk birliyinin ideyadan reallığa çevrildiyi tarixi hadisədir”

Milli Məclisin iclasında deputat Hikmət Babaoğlu Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşünün tarixi əhəmiyyətindən danışıb.

“Qəbələdə çox mühüm bir tarixi hadisə baş verdi və bu hadisəyə iki kontekstdə yanaşmaq lazımdır. Birincisi, əcdadlarımızın iki əsr əvvəl ideologiya halına gətirdiyi və arzuladığı birliyin reallaşmasıdır. İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə və Ziya Gökalp türk birliyinin yaranmasını arzu edirdilər. Qaspıralı deyirdi ki, ‘fikirdə, dildə, işdə birlik’. Biz Qəbələdə bu hər üçünü gördük. İşdə birlik nümunəsini yaradan liderlərə təşəkkür düşür. Türk birliyinin təməli 2009-cu ildə Naxçıvanda qoyulub və bu gün Qəbələdə uğurla davam etdirilir,” – deyə deputat bildirib.

Hikmət Babaoğlu qeyd edib ki, türk coğrafiyasının miqyası və potensialı bu birliyin qlobal səviyyəyə yüksəldiyini göstərir:

“Əgər xəritəyə baxsaq, Tanrı dağlarından – Qırğızıstandan başlayıb Ağ dənizə qədər, Şərqi Sibirdən Qazaxıstan üzərindən Avropanın mərkəzinə – Duna çayına qədər uzanan nəhəng bir coğrafiyadan söhbət gedir. Bu areal həm mədəni, həm siyasi, həm də iqtisadi baxımdan böyük güc potensialına malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin zirvə zamanı irəli sürdüyü tezislər Türk Dövlətləri Təşkilatını qlobal aktor kimi səciyyələndirdi.”

Seçilən
34
operativmm.az

1Mənbələr