AZ

Rusiya azərbaycanlı rejissoru azad etdi

Satira Teatrının keçmiş rəhbəri Məmədali Ağayev Sputnik Azərbaycan-ın rejissoru İqor Kartavıxın müqabilində azadlığa buraxılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb. Qeyd olunur ki, Ağayev avqustun sonlarında dələduzluq ittihamı ilə həbs edilib. Prokurorların fikrincə, o və əlaltıları tamamlanmış işlərə dair uydurma hesabatlardan istifadə edərək təxminən 20 milyon rubl oğurlayıblar.

İstintaq zamanı F.Ağayev və yaxınlarının hesablarına həbs qoyulub, faktla bağlı “Dələduzluq” maddəsi ilə cinayət işi açılıb. Onu bu maddə ilə 10 ilə qədər həbs gözləyirdi.

Məmədəli Ağayev 1985-2021-ci illərdə Moskva Akademik Satira Teatrında, daha sonra son 30 ildə rejissor vəzifəsində çalışıb.

Seçilən
35
ucnoqta.az

1Mənbələr