Abşeronda qətl hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə gecə saatlarında Mehdiabad qəsəbəsində Binəqədi Gənclər Şəhərciyində baş verib.
Belə ki, 1965-ci il təvəllüdlü kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya aparılırarkən yolda ölüb.
Hadisəni törətdən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.