Məşhur menecer Ayşe Barım açıq ürək əməliyyatına girəcək.
OLAY yazır ki, menecer hazırda Nişantaşındakı özəl xəstəxanada müalicə alır. Vəziyyətinin ağır olduğu bildirilən Barımın həftənin əvvəlində açıq ürək əməliyyatına alınacağı qeyd olunub.
Qeyd edək ki, Gezi Parkı hadisələrinə qatıldığı və dövləti devirməyə kömək etdiyi iddiası 1 oktyabrda ev həbsinə məhkum edilərək Silivridəki həbsxanadan azad olunan Barım haqqında sonrakı gün yenidən həbs qərarı çıxarılıb. Lakin səhhətinin imkan verməməsi səbəbindən hər 24 saatdan bir “cəzanın icrasının təxirə salınması” qərarı yenilənir. Hazırda Barımın xəstəxana otağının qarşısında təhlükəsizlik qüvvələri keşik çəkir.
