AZ

Onlayn yemək sifariş edənlərin nəzərinə! - Pullarınızı belə çəkə bilərlər...

Yemək çatdırılması ilə bağlı beş əsas dələduzluq sxemi açıqlanıb.

Rusiya Daxili İşlər Nazirliyi yemək çatdırılması xidmətləri ilə əlaqəli beş əsas fırıldaqçılıq sxemini müəyyən edib.

İlk sxem saxta saytlar və mobil tətbiqlərlə bağlıdır. İstifadəçilər şəxsi məlumatlarını daxil etdikdə, bu məlumatlar birbaşa dələduzların əlinə keçir.

İkinci sxem sifarişin ödənişi zamanı guya baş verən "texniki səhvlərlə" əlaqəlidir. İstifadəçi "dəstək xidməti" ilə yazışarkən fırıldaqçılar bank kartı məlumatlarını və ya SMS vasitəsilə gələn kodları ələ keçirməyə çalışırlar.

Üçüncü üsul sifarişin dəyişdirilməsi və ya "boş paketlərin" çatdırılmasıdır. Fırıldaqçılar özlərini kuryer kimi təqdim edir, lakin ya natamam sifariş gətirirlər, ya da yeməkləri ucuz analoqlarla əvəzləyib əlavə ödəniş tələb edirlər.

Bundan başqa, dələduzlar saxta endirimlər və ya sifariş izləmə linkləri adı altında fişinq keçidləri göndərirlər. Bu keçidlərə daxil olan şəxslərdən bank kartı məlumatları istənilir.

Beşinci sxem isə mövcud olmayan "aksiyalar" və "bonuslar"la bağlıdır. İstifadəçilər cəlbedici endirim və hədiyyə vədləri ilə aldadılaraq fişinq saytlarına yönləndirilirlər.\Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
3
olaylar.az

4Mənbələr