AZ

“iPhone” 17 yaşlı gənci öldürdü

Yakutiyada “iPhone 16” yeniyetmənin ölümünə səbəb olub. 

News24.az “SHOT” “Telegram” kanalına istinadən xəbər verir ki, yeniyetmə telefonu orijinal olmayan adapterlə doldurarkən onu elektrik cərəyanı vurub.

17 yaşlı oğlunun cəsədini anası işdən evə qayıdanda tapıb. 

Yeniyetmənin sinə nahiyəsində yanıq izləri olub.

Araşdırma zamanı məlum olub ki, oğlan telefonu otaqda enerji ilə doldurub, eyni zamanda sosial şəbəkədə vaxt keçirib. Bir anda onu elektrik cərəyanı vurub.

Hazırda gəncin kabeli və adapteri haradan aldığı, həmçinin faciənin səbəbi araşdırılır.

Teymur


Seçilən
68
1
news24.az

2Mənbələr