AZ

Putindən Azərbaycanın jestinə cavab Məmmədali Ağayev azadlıqda

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya tərəfi Satira Teatrının keçmiş direktoru Məmmədali Ağayevi azadlığa buraxıb.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları bildirib.

Qeyd olunur ki, bu, "Sputnik Azərbaycan"ın redaktoru İqor Kartavıxın ev dustaqlığına buraxılmasına cavab olaraq edilib.

Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva Satira Teatrının keçmiş direktoru Məmmədalı Ağayevi bu ilin avqustunda Moskvada saxlamışdılar.

Rusiya tərəfi onu dələduzluqda ittiham edirdi. M.Ağayev və yaxın qohumlarının hesabları dondurulmuşdu.

Qeyd edək ki, M.Ağayev 1985-ci ildən teatrda baş inzibatçı, rejissor köməkçisi, direktor müavini, icraçı direktor vəzifələrində çalışıb, 1992-ci ilin noyabrından 2021-ci ilin dekabrınadək isə Moskva Akademik Satira Teatrının direktoru olub.

Zaur, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
www.bakupost.az

1Mənbələr