AZ

İmişlidə karxanalar bağlandı, iş yerləri itir Deputat AÇIQLADI

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hazırda İmişlidə yalnız 2-3 karxanadan başqa digər onlarla karxana sahələri bağlıdır və bu da iş yerlərinin kütləvi azalmasına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev bildirib.

Deputat qeyd edib ki, qum-çınqılın çıxarılması ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb.

“Qeyri-filiz faydalı qazıntı yataqlarının tezliklə istismara verilməsi bağlanmış iş yerlərinin bərpasına və tikinti materiallarının bahalaşmasının qarşısının alınmasına gətirib çıxarardı”, – deyə deputat bildirib.

Razi Nurullayev əlavə edib ki, mənzil tikintisi və digər tikinti sahələrində qum-çınqıl geniş istifadə olunur:

“Mənzil və tikinti sahəsində bahalaşmanın bir səbəbi qum-çınqıla olan təlabatın kəskin artması və yerli sahibkarların bu ehtiyacı təmin edə bilməməsidir. Vacibdir ki, ‘AzerGold’ Qapalı Səhmdar Cəmiyyəti qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı qaydaları tezləşdirsin və icazələr verilməyə başlasın”.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
6
bakivaxti.az

7Mənbələr