AZ

AÇ-2027: Azərbaycan Çexiyanı büdrədə biləcəkmi?

Bu gün əsas yığma ilə yanaşı, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi də növbəti seçmə oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, gənclər yığması AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda 3-cü turun oyununu keçirəcək.

U-21 səfərdə Çexiya ilə qarşılaşacaq. Bu, ötən həftə baş məşqçi əvəzi təyin olunan Rəşad Eyyubovun ilk sınağı olacaq. 

Yığmamız bundan əvvəlki oyunlarında Portuqaliya 0:5 uduzub, Bolqarıstanla isə 1:1 hesablı bərabərliyə nail olub.

Bu gün qrupumuzda daha bir matç baş tutacaq. Belə ki, saat 22:30-da lider Portuqaliya Bolqarıstanı sınağa çəkəcək.

AÇ-2027
3-cü tur
10 oktyabr

20:00. Çexiya (U-21) – Azərbaycan (U-21)
Baş hakim: Yovan Kaçevski (Şimali Makedoniya).
Karvina. "Mestski" stadionu. 

1. Portuqaliya 2 2 0 0 7-0 6
2. Çexiya 2 2 0 0 4-1 6
3. Bolqarıstan 2 1 1 0 4-1 4
4. Şotlandiya 3 1 0 2 12-4 3
5. Azərbaycan 2 0 1 1 1-6 1
6. Cəbəllütariq 3 0 0 3 1-17 0

Seçilən
46
1
fanat.az

2Mənbələr