AZ

Razi Nurullayev: Polislərə hücumlar cəzasız qalmayacaq

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Son günlər bir çox sosial media səhifələrində hüquq-mühafizə orqanlarının, xüsusən də polislərin və polis rəhbərliyinin, həmçinin prokurorluq orqanlarının məqsədli şəkildə hədəfə alındığını və ağır sözlərlə təhqir olunduğunu görürük.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev bildirib.

Deputatın sözlərinə görə, indiki vəziyyətdə polisi, prokurorluğu və onların rəhbərliyini haqsız hücumlardan müdafiə etmək ölkədə sabitliyin və əmin-amanlığın qorunması üçün vacibdir:

“Sancaq Media” adı altında fəaliyyət göstərən bu şəbəkəni və onun arxasında dayananları etdikləri təhqirlərə, kontekstsiz paylaşımlara görə şiddətlə qınayıram və onları bu yoldan çəkinməyə çağırıram”.

Razi Nurullayev qeyd edib ki, bir-iki nəfərin fəaliyyəti ilə on minlərlə şəxsi heyəti hədəfə almaq qaranlıq məqsədlərin göstəricisidir. Onun sözlərinə görə, məqsəd insanları emosional vəziyyətə gətirmək, hissləri ilə oynamaq, psixoloji təsir göstərmək və onları ayaqlanmağa dəvət etməkdir. Bu, konstitusiya quruluşunu zorla dəyişməyə, qanlar tökməyə və dağıdıcılıq etməyə çağırışdır və belə hərəkətlərin mütləq şəkildə cəzası var.

Deputat əlavə edib:

“Belə düşünülməsin ki, mən boş yerə polisi və prokurorluq orqanlarını müdafiə edirəm. Hər sahədə çatışmazlıq var və olacaq da. Kim qanunsuz hərəkət edirsə, cəzalandırılır və cəzalandırılmalıdır. Ölkəmizdə sabitliyin, əmin-amanlığın və dövlətçiliyin qorunmasına verdiyi əvəzsiz töhvəyə görə cənab nazir Vilayət Eyvazova və rəhbərlik etdiyi bütün kollektivə, Baş Prokuror Kamran Əliyevə və bütün kollektivinə təşəkkürümü bildirirəm. Bildirmək istəyirəm ki, biz bütün haqq və dövlət işlərinizdə dövlət və xalq naminə yanınızdayıq”.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
bakivaxti.az

2Mənbələr