AZ

Həkim xəbərdarlıq etdi: Bəzi tatu növləri sağlamlıq üçün təhlükəlidir

Dermatoloq: Rəngli tatu allergiya riskini artırır.

E-saglam.az xəbər verir ki, dermatoloq Ana Molina bəzi tatu növlərinin dərinin sağlamlığı üçün təhlükəli ola biləcəyini bildirib. Onun sözlərinə görə, xüsusilə rəngli tatular allergiya riskini artırır, çünki bu cür tatularda müxtəlif kimyəvi piqmentlərdən istifadə olunur.

“Əgər insan sonradan tatuu sildirmək istəsə, bu çox çətin olur. Hər rəng üçün fərqli lazer dalğa uzunluğu tələb olunur,” — deyə Molina Daily Mirror nəşrinə açıqlamasında bildirib.

“Qara tatu” və açıq rəngli rəsmlər də risklidir

Mütəxəssis “blackout” tatulardan — yəni dərinin böyük sahələrinin tam qara piqmentlə örtülməsindən də çəkinməyi məsləhət görüb. Onun sözlərinə görə, belə tatu üzərində yaranan xallar və ya dəri xərçəngi əlamətləri həkim tərəfindən vaxtında müəyyən edilə bilməyə bilər.

Molina həmçinin açıq və pastel rəngli tatuların da təhlükəli olduğunu deyib. Bu cür rəsmlər ilk baxışda cəlbedici görünsə də, zamanla solur və lazerlə silinməsi demək olar ki, mümkünsüz olur.

Tatu etdirməzdən əvvəl piqmentlərin tərkibi və gigiyena qaydalarına diqqət yetirin, yalnız sertifikatlı studiyalara müraciət edin və dərinizin reaksiya vermə ehtimalını öncədən həkimlə müzakirə edin.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
2
e-saglam.az

1Mənbələr