Məlumata əsasən, heyətdə həmçininMisir, Qətər, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərbçilərinin də yer alacaqları gözlənilir.Eyni zamanda, onların Qəzza zolağına girməyəcəkləri diqqətə çatdırılır.
Sayta danışan rəsmi nümayəndələrin sözlərinə görə, ABŞ qoşunununMisirdə yerləşəcəyi planlaşdırılır.Onlar burada İsrail Ordusu ilə birgə nəzarət-koordinasiya mərkəzi yaradacaqlar.
![]() |
Tramp İsrailə gedir |
Xatırladaq ki, Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağındaatəşkəsə razılıq verib.ABŞ Prezidenti Donald Tramp da xəbəri şəxsən bölüşərək, Qəzzada saxlanılan əsirlərin gələn həftə azadlığa buraxılacaqlarını, habelə ölənlərin cəsədlərinin təhvil veriləcəyini söyləyib. Hazırda onun Yaxın Şərqə, habelə İsrailə səfəri gözlənilir.
Firudin Həmidli
AzVision.az