AZ

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 8%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neftsektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7%artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinə istinadən xəbər verir.

Qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 20,5% artaraq841,4 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin doqquz ayında ixrac olunan şəkər ötən ilin müvafiqdövrünə nəzərən 14,9 milyon ABŞ dolları və ya 46,9%, meyvə-tərəvəz143,7 milyon ABŞ dolları və ya 31,3%, kimya sənayesi məhsulları45,6 milyon ABŞ dolları və ya 22%, pambıq iplik 2,7 milyon ABŞdolları və ya 12,5%, çay 159,4 min ABŞ dolları və ya 3,3%,alüminium və onlardan hazırlanan məmulatlar 3,9 milyon ABŞ dollarıvə ya 2,6%, qara metallar və onlardan hazırlanan məmulatlar 708,1min ABŞ dolları və ya 1% artıb.

2025-ci ilin yanvar-sentyabr aylarında aqrar məhsullar üzrəixrac 27,8% artaraq 667,1 milyon ABŞ dolları, aqrar-sənayeməhsulları üzrə ixrac isə 233,1 milyon ABŞ dollarına bərabər olub.Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,2%artaraq 900,2 milyon ABŞ dolları təşkil edib.

Məqalədə:
Seçilən
5
6
az.trend.az

10Mənbələr