AZ

Lənkəranda avtomobillər toqquşub - Xəsarət alanlardan 3-ü məktəblidir

Lənkəran rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şovu kəndi ərazisində qeydə alınıb.

2003-cü il təvəllüdlü Murad Vasif oğlu Mirzəzadənin idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi Eldəniz Fayaz oğlu Əmrəyevin idarə etdiyi "Reno" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sürücüsü və digər avtomobildə olan sərnişinlər - 2008-ci il təvəllüdlü E.Əmrəzadə, Ş.Sultanova (2008), F.Əmrəzadə (2013) və X.Məmmədli (2018) müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıblar.

TƏBİB-in Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev "Report"un yerli bürosuna açıqlamasında qəza zamanı xəsarət alanların vəziyyətinin stabil olduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
51
7
missiya.az

8Mənbələr