AZ

Lənkəranda qəza - Yaralılar arasında məktəblilər və tələbələr var

Lənkəran-Lerik magistral yolunun Şovu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər – 1 sürücü və 4 sərnişin – müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Bu barədə apa məlumat yayıb. 

Hadisə oktyabrın 10-u səhər saat 08:00 radələrində baş verib.

Qəza 2003-cü il təvəllüdlü Murad Mirzəzadənin idarə etdiyi “VAZ 2106” markalı avtomobilin, Eldəniz Əmrəyevin sürdüyü “Renault” markalı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində qeydə alınıb.

Xəsarət alanlar arasında azyaşlı və yeniyetmələr də var:

7 yaşlı X. Məmmədli, 12 yaşlı F. Əmrəzadə, 17 yaşlı E. Əmrəzadə, 17 yaşlı Ş. Sultanova. 


Qəzada xəsarət alanlardan ikisinin şagird, ikisinin isə tələbə olduğu bildirilib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev anews.az-a açıqamasında bildirib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub və müalicələri xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onların vzəiyyəti qənaətbəxş hesab olunur. 

Gülnar 

Seçilən
4
anews.az

1Mənbələr