AZ

"Bu, Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirilməlidir"

"Rusiya ilə münasibətlərin normallaşması təqdirəlayiqdir. Düşənbədə Azərbaycan və Rusiya rəhbərlərinin görüşü, məlum təyyarə hadisəsi ilə bağlı danışıqların aparılması gərginliyin aradan qalxmasına vəsilə oldu. Rusiya prezidentinin hadisədən sonra üzr istədiyini xatırlatması təkrar üzrxahlıq kimi qəbul edilə bilər və ən əsası isə təzminatın ödənməsinə, səbəbkarların məsuliyyətə cəlb olunmasına söz verilməsi Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirilməlidir". 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib. 

O bildirib ki, çoxsaylı soydaşlarımızın yaşadığı, qonşumuz olan böyük bir dövlətlə gərgin münasibətdə qalmaq arzuedilən deyildi: 

"Nəhayət gərginliyə əsas səbəb olan məsələ ilə bağlı addımlar atıldı. Hər halda digər məsələlər də həllini tapacaq və soydaşlarımıza qarşı basqılar, təziqlər də dayandırılacaq.Nəticə bu oldu ki, Azərbaycan öz haqlı mövqeyini qorudu, dövlət başçısı qətiyyətini sonadək göstərdi və yüksək siyasi peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan məqsədə nail oldu. Azərbaycanın ABŞ və Avropa Birliyi ölkələri ilə münasibətləri, Türk Dövlətləri Təşkilatındakı əhəmiyyətli rolu, dünyada artan nüfuzu, regionda sülhü təmin etməyə qadir olması Rusiyanı düşündürdü və reallığı qəbul etməyə məcbur etdi. Eyni zamanda münasibətlərin gərginliyi səbəbi ilə maraqlarına xələl gəldiyinin fərqinə vardı. Şübhəsiz ki, yaxşılaşmağa doğru gedən proseslərdə bölgədə sülh və sabitliyin davamlılığı baxımından Rusiya ilə münasibətlərin normal olması zəruridir". 

Vasif ƏLİHÜSEYN

Seçilən
12
adalet.az

1Mənbələr