AZ

Atlantik okeanının ən böyük köpəkbalığı Kanada sahillərində müşahidə olunub

Atlantik okeanında yaşayan ən böyük ağ köpəkbalığı Kanada sahillərində qeydə alınıb.

Editor.az xəbər verir ki, yırtıcının hərəkətlərini izləmək üçün onun kürəyinə xüsusi sensor bərkidilib. Sözügedən cihaz yalnız köpəkbalığının üzgəcləri suyun səthinə çıxdığı zaman qısa müddət ərzində fəaliyyət göstərir.

Məlumata görə, cihazdan gələn siqnallar bu yaxınlarda Kanadanın Müqəddəs Lourens körfəzinin şimal hissəsində — Labrador yarımadasının yaxınlığında aşkar edilib.

Uzunluğu 4 metr 27 santimetr, çəkisi isə 750 kiloqram olan bu ağ köpəkbalığının təxminən 30 yaşı olduğu bildirilir.

Qeyd olunur ki, yırtıcı sonuncu dəfə bu ilin yanvar ayında Florida sahillərində müşahidə edilib.

// Gülnarə Abasova, Editor.az

Seçilən
47
editor.az

1Mənbələr