5 milyard ildən sonra Günəş ən yaxın planetləri - Merkuri, Venera və Yeri yandıracaq...
Poliqon xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov RİA Novosti-yə müsahibəsində bildirib.
"Günəş bir ulduzdur və başlanğıcı olan hər şeyin də sonu var", deyə alim bildirib.
O, bildirib ki, ulduzların təkamülü nəzəriyyəsinə görə, 5 milyard ildən sonra Günəş qırmızı nəhəngə çevrilərək Merkuri, Venera və Yeri yandıracaq. Daha sonra Günəş ağ cırtdana və faktiki olaraq əbədi bir obyektə çevriləcək.
Boqaçev onu da vurğulayıb ki, o vaxta qədər Günəş davamlı şəkildə parlayacaq və planetimiz həm insanların, həm də biosferin mövcudluğu üçün kifayət qədər rahat şəraiti qoruyacaq.
Poliqon.info