AZ

Bu ölkə 7.4 balla silkələndi, sunami xəbərdarlığı edildi

Filippində 7.4 ballıq zəlzələ baş verib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, zəlzələ Mindanao bölgəsində qeydə alınıb.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin 58,1 kilometr (36 mil) dərinlikdə baş verdiyini bildirib.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu Filippinin şərq və cənub sahilləri üçün sunami xəbərdarlığı edib, icmalara mümkün sunami dalğalarına qarşı ayıq-sayıq olmağı tövsiyə edib.

Filippinin bəzi bölgələrində dəniz səviyyəsinin azalması da qeyd olunub.

Zəlzələdən sonra Davao şəhər hökuməti infrastruktur və obyektlərə dəyən zərərin sürətli qiymətləndirilməsinə imkan yaratmaq üçün həm dövlət, həm də özəl məktəblərdə bütün dərslərin dayandırıldığını elan edib.

Bundan əlavə, USGS Papua Yeni Qvineyada da 6,3 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb. Yeraltı təkanalrın Zəlzələ Manus adasının cənub-şərq sahillərində 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Qeyd edək ki, Filippində 30 sentyabrda qeydə alınan 6.9 ballıq zəlzələ zamanı 70-dən çox insan həlak olmuşdu.

Filippin və Papua Yeni Qvineya seysmik aktiv “alov halqası” zonasına daxil ölkələrdir.

Billurə
 

Seçilən
44
1
olke.az

2Mənbələr