AZ

Tbilisidə iğtişaşlara görə saxlanılanların sayı 45-ə yüksəlib

Tbilisidə 4 oktyabr hadisələri ilə bağlı 1987-ci il təvəllüdlü daha bir şəxs saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, bu günə qədər zorakılıqla müşayiət olunan etiraz aksiyasının təşkilatçıları və iştirakçıları da daxil olmaqla ümumilikdə 45 nəfər saxlanılıb.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkilərinə paralel olaraq məqsədi dinc inqilab olan aksiya keçirilib. Etirazçılar Prezident sarayına basqın etməyə cəhd ediblər. Polislə aksiyaçılar arasında baş vermiş qarşıdurma nəticəsində hər iki tərəfdən xəsarət alanlar olub.

Seçilən
24
apa.az

1Mənbələr