AZ

Kaladze: Bizə Rusiya ilə müharibəyə başlamaq təklif olunmuşdu

2022-ci ildə Ukraynada münaqişə başlayandan sonra bir Qərb ölkəsinin səfiri Gürcüstana Rusiya ilə qarşıdurmaya getməyi təklif edib.

Yenisabah.az “İmedi”yə istinadla xəbər verir ki, bunu müsahibəsində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.

“Qərb ölkəsinin səfiri ölkənin baş naziri (o zaman İrakli Qaribaşvili - red.) ilə görüşüb və deyib ki, “sən başla, sənə hərbi texnika veriləcək”. Dördpendirli pizza

Kaladzenin sözlərinə görə, Gürcüstana 10 gün ərzində “dözüm gətirməli” idi. Bundan sonra münaqişənin partizan müharibəsinə çevrilməsi nəzərdə tutulurdu.

Tbilisi meri bu təklifi hansı Qərb səfirinin irəli sürdüyünü açıqlamayıb.


Telegram kanalımız
Seçilən
37
2
yenisabah.az

5Mənbələr