AZ

"El-Klasiko"da tarix yazıla bilər: Arda Gülərə qarşı Kenan Yıldız

İtaliya mətbuatının məlumatına görə, “Barselona” “Yuventus”un gənc hücumçusu Kenan Yıldızı heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, "Kataloniya" klubu istedadlı futbolçunun Lamin Yamalla birgə oynayaraq hücum xəttində yeni tandem formalaşdırmasını planlaşdırır.

Məlumata görə, “Barselona” rəhbərliyi bu transferlə komandanın gələcəyini formalaşdırmağı hədəfləyir. Əgər transfer reallaşarsa, “Real Madrid”də çıxış edən Arda Gülərlə El-Klasikoda türk futbolçularının dueli baş tuta bilər.

Kenan Yıldız hazırda “Yuventus”da çıxış edir və İtaliya mətbuatı onun potensialına yüksək qiymət verir. Gənc futbolçu Almaniyada doğulsa da Türkiyə millisinin heyətində oynayır və Avropa futbolunun ən perspektivli hücumçularından biri hesab olunur.

Kamil Xudiyev

Seçilən
1
1
fanat.az

2Mənbələr