AZ

Pakistan ordusu “Taliban” liderini məhv etdi

BAKI, 10 oktyabr. TELEQRAF

“Pakistan – Taliban” hərəkatının lideri Pakistan ordusu tərəfindən öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə “Amu TV” məlumat yayıb.

Kanal bildirilib ki, Nur Vəli Mahsudun olduğu avtomobil PUA ilə vurulub. Bununla belə, “Taliban” nümayəndələri hadisə nəticəsində partlayışın baş verdiyini təsdiqləsələr də, yüksək vəzifəli şəxsin ölümünü “təbliğat” adlandırıblar.

Bir sıra Əfqanıstan və Pakistan KİV-lərinin məlumatına görə, hücum Pakistan Silahlı Qüvvələrinin daha genişmiqyaslı hərbi əməliyyatının tərkib hissəsidir. Yaxınlarda Pakistan müdafiə naziri Xavaca Asif bəyan etmişdi ki, İslamabadın səbr kasası daşmaq üzrədir. Onun sözlərinə görə, terrorçuları gizlədənlər cavab verməli olacaqlar.

Seçilən
8
teleqraf.com

1Mənbələr