Filippin sahillərində 7,4 maqnitudalı zəlzələ qeydə alınıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri Davao şəhərinin Manay əyalətindən 18 km məsafədə yerləşib. Zəlzələnin dərinliyi 53 km olub.
Filippin Seysmologiya Agentliyi sunami təhlükəsi barədə xəbərdarlıq edib.