BAKI, 10 oktyabr. TELEQRAF
Azərbaycan vətəndaşı Rusiya Ukrayna müharibəsində həlak olub.
Teleqraf-ın xəbərinə görə, 1983-cü il təvəllüdlü Mehtiyev Raul Fərhad oğlu Rusiya tərəfindən Ukraynaya qarşı döyüşdə iştirak edərkən həyatını itirib.
Onun meyiti Rusiya Federasiyasının Surqut şəhərində morqdadır.
Hazırda Rusiyada yaşayan azərbaycanlılar R.Mehdiyevin ailəsini və ya yaxınlarının tapmağa çalışır.