AZ

Aktau limanı istiqamətində dəmir yolu ilə taxıl qəbulu müvəqqəti məhdudlaşdırılıb

 Astana, 10 oktyabr, AZƏRTAC

Qazaxıstan Dəmir Yolları ASC Aktau limanı istiqamətində göndərilən ixrac taxıl yüklərinin qəbulunu müvəqqəti olaraq məhdudlaşdırıb.

AZƏRTAC şirkətin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu tədbir texnoloji xarakter daşıyır və gəmilərin qeyri-müntəzəm gəlişi nəticəsində limanda taxıl yüklü vaqonların çoxalması ilə bağlıdır.

Sentyabr ayında limana ümumi daşıma qabiliyyəti təxminən 50 min ton olan 14 gəmi daxil olub, bu da təxminən 700 yüklü vaqonun terminallarda və limana gedən dəmir yolu xətlərində yığılmasına səbəb olub.

Məhdudiyyətlər vaqonların dayanmasının və infrastrukturun həddindən artıq yüklənməsinin qarşısını almaq məqsədilə tətbiq edilib. Gəmilərin hərəkət cədvəli sabitləşdikdən sonra taxıl yüklərinin qəbulu tam həcmdə bərpa olunacaq.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

(RM, Aİ)

Seçilən
75
azertag.az

1Mənbələr