AZ

Tbilisidə iğtişaşlarla bağlı saxlanılanların sayı 44-ə çatıb

Oktyabrın 4-də Tbilisidə keçirilmiş etiraz aksiyasında qanun pozuntularına yol vermiş daha 8 nəfər saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, daha 4 nəfərin axtarışları davam etdirilir.

Nazir müavini 4 oktyabr hadisələri ilə bağlı bu günədək ümumilikdə 44 nəfərin saxlanıldığını qeyd edib.
Seçilən
20
3
sherg.az

4Mənbələr