AZ

Pakistanda nəhəng “şeytan” balığı tutuldu

Pakistanlı balıqçı Ravi çayında çəkisi 92 kiloqrama çatan nəhəng “şeytan” balığını tutub.

Publika.az xəbər verir ki, bu barədə "24NewsHD" telekanalı məlumat yayıb.

Rekord ölçülü balıq Çandiyali yaşayış məntəqəsi yaxınlığında tutulub. Məlumata görə, balıqçı uzunmüddətli leysan yağışları nəticəsində çayın daşması səbəbindən güclü sel axınlarını aşmalı olub.

Balıqçının sözlərinə görə, bu qədər böyük balıq tutmaq onun həyatında ilk böyük uğur olub və nəticədən tam razı qalıb. "Goonch" adı ilə tanınan bu nəhəng “şeytan” balıqları Hindistan, Pakistan, Nepal və Banqladeşin su hövzələrində yaşayır. Onlar iki metrə qədər böyüyə bilir və əsasən xərçəngkimilər və xırda balıqlarla qidalanırlar.

Seçilən
31
publika.az

1Mənbələr