AZ

Ulduz futbolçudan sevgilisinə yarım milyonluq JEST

ain.az xəbər verir, News24 saytına əsaslanaraq.

“Qalatasaray”ın ulduz hücumçusu Mauro İkardi sevgilisi Çin Suares üçün etdiyi bahalı jestlə gündəmə gəlib. 

News24.az xəbər verir ki, argentinalı futbolçu sevgilisinə yarım milyon dollarlıq xüsusi forma hədiyyə edib.

İkardi “9” nömrəli formasını Çin Suares üçün fərdiləşdirərək üzərinə sevgilisinin adını yazdırıb. Forma qiymətli daşlarla bəzədilib və təxminən 500 min dollar dəyərindədir. Həmçinin üzərində İkardinin adı, nömrəsi və Türkiyə bayrağının loqosu da xüsusi olaraq daşdan işlənib.

Ulduz futbolçunun bu jesti sevgilisini çox duyğulandırıb. Wanda Nara ilə səs-küylü ayrılıqdan sonra Çin Suareslə xoşbəxt münasibət yaşayan İkardi sevgisini açıq şəkildə nümayiş etdirməyə davam edir.

Aqil Qarayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
1
news24.az

2Mənbələr