AZ

“Coker” kolleksiyası ilə rekord qırdı

ABŞ-nin İndiana ştatından olan 22 yaşlı komiks həvəskarı Meqan Pirs "Ginnesin Rekordlar Kitabı"na düşüb.

"Unikal" xəbər verir ki. o, "Betmen" filmlərindəki kainatının məşhur canisi "Coker"ə aid 2318 müxtəlif əşya toplayaraq bu uğura nail olub.

Meqan bildirib ki, "Coker"ə olan marağı hələ orta məktəb illərində başlayıb. İllər keçdikcə onun kolleksiyası böyüyüb və bu günə qədər fiqurlardan və komikslərdən tutmuş, "Coker" təsvirli roliklərə, skeytborda və hətta 1966-cı ilə aid süd qapaqlarına qədər yüzlərlə unikal əşyadan ibarət olub.

Pirs əlavə edib ki, bu hobbi barədə ilk dəfə COVID-19 pandemiyası dövründə danışıb. Onun sosial media izləyiciləri bu unikal kolleksiyanın "Ginnesin Rekordlar Kitabı"na salınması üçün müraciət etməyə təşviq ediblər.

Qız 2023-cü ildən etibarən rekord üçün hazırlıqlara başlayıb. Hər bir əşya diqqətlə ölçülüb, sənədləşdirilib və fotoşəkillərlə arxivləşdirilib. Bütün prosesə beş ekspert nəzarət edib.

Meqan Pirs qeyd edib ki, bu hobbi sayəsində o, "Coker" fanklubu ilə əlaqələr qurub və bir sıra məşhur şəxslərlə tanış olub. Onların arasında animasiya və videooyunlarda bu obrazı səsləndirən aktyor Mark Hemill də var.

Seçilən
27
unikal.az

1Mənbələr