Niderland millsinin baş məşqçisi Ronald Kuman İspaniya La Liqasının rəhbərliyinin qərarını tənqid edib.
Məsələ “Barselona” ilə “Vilyarreal” arasında oyunun ABŞ-da keçirilməsinin planlaşdırılmasıdır.
Sportinfoaz “De Telegraf”-a istinadən xəbər verir ki, “Barselona”nın sabiq baş məşqçisi bu addımı “gülünc və qeyri-idmani” adlandırıb:
“Bu, gülməli qərardır. “Vilyarreal”a qarşı səfər oyunları “Barselona” üçün həmişə çətin keçirdi.
İndi isə matç neytral arenada olacaq və tribunada “Barselona” azarkeşləri daha çox olacaq. Bu, ədalətli deyil”.
İspaniya çempionatının 8 turundan sonra “Barselona” 19 xal toplayaraq turnir cədvəlinin 2-ci, “Vilyarreal” isə 16 xalla 3-cü pilləsində qərarlaşıb.