AZ

Azərbaycanlı boksçu Gürcüstan millisinə gümüş medal qazandırıb

Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Gürcüstanı təmsil edən Elnur Abdullayev ikinci yeri tutub.

APA-nın yerli bürosu xəbər verir ki, Qardabanidən olan soydaşımız 75 kiloqram çəki dərəcəsində gümüş medal qazanıb.

Boksçu yarımfinalda Almaniyadan olan rəqibi Marko Nedelkoviçə qalib gəlib, finalda isə ingiltərəli rəqibi Oliver Maileni üstələyə bilməyib.

Qardabani Bələdiyyə Şurası E. Abdullayevi qələbə münasibətilə təbrik edib və idmançıya uğurlar arzulayıb.

Qeyd edək ki, Gürcüstan millisi çempionatı 3 qızıl və 2 gümüş medalla başa vurub ki, bu da ölkənin boks tarixində U-19 yaş kateqoriyasında ən yaxşı nəticəsidir.

Seçilən
13
apa.az

1Mənbələr