AZ

"Sabah meydanın hər qarışı uğrunda mübarizə aparacağıq" -Bəhlul Mustafazadə

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah  Parisdə keçiriləcək Fransa - Azərbaycan oyunundan öncə təşkil olunan mətbuat konfransında millimizin müdafiəçisi Bəhlul Mustafazadə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu belə danışıb:

“Rəqib batədə geniş danışmağa ehtiyac yoxdur. Önəmli olan bizim Fransa yığmasına qarşı necə reaksiya verməyimizdir. Bu gün son məşqimizi edəcəyik və sabah meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Komanda yoldaşlarımızla oyun barədə söhbətlərimiz olur, kollektiv şəkildə matça hazırlaşırıq. Sabah yaxşı mübarizə aparmağa çalışacağıq”.

 

Seçilən
34
fanat.az

1Mənbələr