AZ

Müdafiə nazirləri təhlükəsizlik məsələlərini müzakirə etdilər

Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində türkiyəli həmkarı Yaşar Güler ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrakli Çikovani Türkiyə dövlətinə və müdafiə nazirinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyə görə təşəkkür edib. Son onilliklər ərzində Gürcüstanın Müdafiə Qüvvələrinin inkişafı prosesində Türkiyənin maddi-texniki və maliyyə yardımı, eləcə də Əsas Paketdə (SNGP) nəzərdə tutulan təşəbbüslərin həyata keçirilməsindəki səyləri xüsusi vurğulanıb.

Dünyada mövcud təhlükəsizlik mühiti, Qara dəniz regionunun təhlükəsizliyi və bununla bağlı çağırışlar görüşün əsas mövzularından biri olub. İrakli Çikovani bu fonda Gürcüstanla Türkiyə arasında strateji əməkdaşlığın vacibliyinə toxunub

Seçilən
30
unikal.az

1Mənbələr