Yeni avtomobil tunelləri və müasir yeraltı piyada keçidləri tikilir.
Xezerxeber.az xəbər verir ki, Həsən Əliyev küçəsindən ''Koroğlu'' metrostansiyasına qədər olan avtomobil yolunun tikinisi sürətlə aparılır. Paralel olaraq yol boyunca tunellər və yeraltı piyada keçidləri inşa edilir.
Yeni yol Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib.
Əsas prospektlərə alternativ olaraq çəkilən yolda süni sıxlığın qarşısını almaq məqsədi ilə bəzi kəsişməşlərdə tunellərin tikintisi də sürətla aparılır.
Avtomobil Yolları Dövlət Agentliyinin rəsmisi onu da əlavə etdi ki, işlərin ümumilikdə 35 faizi icra edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.