AZ

“Tesla”nın ən ucuz modelləri təqdim olundu

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Tesla”nın ən ucuz modelləri təqdim olundu

İlon Maska məxsus “Tesla” şirkəti indiyədək ən sərfəli elektrik avtomobillərini buraxıb.

Bakupost.az xəbər verir ki, “Model 3 Standard” sedanı (38600 dollar) və “Model Y Standard” krossoveri (41600 dollar) şirkətin məşhur elektrik avtomobil modellərinin sadələşdirilmiş versiyaları kimi təqdim edilib.

Hər iki avtomobil 840 km məsafə qət edən elektrik mühərrikinə malikdir və saatda 100 km sürəti 6,8 saniyəyə yığa bilir.

15 dəqiqəlik sürətli şarj 240 km məsafə qət etmək imkanı verir.

Avtomobillərin dəyərini azaltmaq üçün şirkət onların panoramik damlarından, işıq panellərindən, ikinci sıra oturacaqlar üçün displeylərdən və digər detallardan imtina edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
www.bakupost.az

2Mənbələr