AZ

Nobel Sülh Mükafatı laureatı İsrail və HƏMAS arasındakı razılaşmadan əvvəl müəyyən edilib

Norveç Nobel Komitəsi son iclasını 6 oktyabrda keçirib və qərar həmin tarixdə qəbul olunub...

Bu ilki Nobel Sülh Mükafatı laureatının adı İsrail və Fələstin hərəkatı HƏMAS arasında razılaşma əldə olunmazdan əvvəl müəyyən edilib.

Poliqon xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) Norveç Nobel Komitəsinin nümayəndəsinə istinadən məlumat yayıb.

Komitənin sözçüsü Erik Oşheym agentliyə bildirib ki, komitənin sonuncu iclası 6 oktyabrda baş tutub və laureatın adı həmin gün təsdiqlənib. Onun sözlərinə görə, 10 oktyabrda laureatın açıqlanmasınadək yeni iclas planlaşdırılmayıb.

“Son detallar bazar ertəsi razılaşdırılıb”, deyə Oşheym qeyd edib.
Mükafatın siyahısı artıq formalaşıb

Bu il Nobel Sülh Mükafatı üçün 338 namizəd – həm fərdi şəxslər, həm də təşkilatlar irəli sürülüb. Nobel mükafatları üzrə ekspert Asle Sven bildirib ki, İsrail və HƏMAS arasında əldə edilən son razılaşma “heç bir halda 2025-ci il laureatının seçiminə təsir etmir”, çünki komitə “artıq qərarını verib”.

Xatırladaq ki, 3 oktyabrda Bloomberg agentliyi ABŞ prezidenti Donald Trampın köməkçilərinin, o cümlədən xüsusi elçi Stiv Uitkoff və dövlət katibi Marko Rubionun Trampın Nobel Sülh Mükafatı alması üçün həm ictimai, həm də pərdəarxası lobbiçilik apardıqlarını bildirmişdi. Bu, Norveçdə narahatlıq yaradıb: ölkə ictimaiyyəti Trampın mükafat almadığı təqdirdə sərt reaksiya verə biləcəyindən ehtiyat edir.

Qeyd edək ki, Donald Tramp bir gün əvvəl İsrail və HƏMAS nümayəndələrinin Misirdə keçirilən danışıqlar nəticəsində sülh planının ilk mərhələsinə dair razılıq əldə etdiklərini bəyan edib.

Polion.info

Seçilən
73
poliqon.info

1Mənbələr