BAKI, 9 oktyabr. TELEQRAF
Düşənbədə işgüzar səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Tacikistan Prezidenti Emomali Rahmon ilə danışıqlar aparıb.
Teleqraf xəbər verir ki, dövlət başçıları Türkmənistan-Tacikistan əlaqələrinin inkişafını müzakirə edib və siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Həmsöhbətlər qlobal və regional siyasətin əsas məsələlərində, o cümlədən BMT çərçivəsində Türkmənistan və Tacikistanın mövqelərinin yaxınlığını qeyd ediblər.
Regional təhlükəsizlik və ətraf mühit sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib.
Ticari-iqtisadi əlaqələr prioritet kimi müəyyən edilib. Tərəflər ticarətin genişləndirilməsi və əlaqələrin şaxələndirilməsinin vacibliyini vurğulayıblar.
Dövlət başçıları mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığı gücləndirmək niyyətlərini də təsdiqləyiblər.