"Azıx mağarası" sənədli filminin istehsalının həyata keçirilməsinə sərf ediləcək vəsaitin həcmi açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, məbləğ 909 387 AZN-dir.
Çəkilişi “Alpha Prodüksiyon ve Ajans Hizmetleri LTD.ŞTİ” həyata keçirəcək.
“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi və şirkət arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir Həsənov
Tarix: 9 Oktyabr 2025, 17:31