AZ

“Jirunun rekordunu qıracağam, amma...”

Fransa millisinin hücumçusu Kilian Mbappe ölkəsinin tarixində ən çox qol vuran oyunçu olan Olivye Jirunun rekordunu qırmağa hazır olduğunu bildirib.

 90deqiqe.Az-ın məlumatına görə, ulduz futbolçu bu barədə mətbuat konfransında danışıb:

“Düşünürəm ki, bu rekordu qıracağam, amma nə vaxt olacağı barədə dəqiq bir şey deyə bilmərəm. Bəlkə sabah, kim bilir? Yaxud da bir az sonra. Bu, təbii şəkildə baş verəcək, sonra isə yeni hədəflər haqqında düşünəcəyəm.”

Qeyd edək ki, hazırda 52 qolu olan Mbappeyə bu rekordu yeniləmək üçün daha 6 qol vurmaq lazımdır. Fransa millisi oktyabrın 10-da 2026-cı il dünya çempionatı seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasını qəbul edəcək. Olivye Jiru Fransa millisi tarixində 57 qolla ən çox qol vuran oyunçu kimi qeydə alınıb, Mbappe isə 52 qolla onun izi ilə gedir.

Seçilən
4
90deqiqe.az

1Mənbələr